Bakıda 7 nəfərin zəhərləndiyi dönərxanadan GÖRÜNTÜLƏR - VİDEO, FOTO

Bakıda 7 nəfərin zəhərləndiyi dönərxanadan GÖRÜNTÜLƏR -

Bakının Nərimanov rayonunda, Əhməd Rəcəbli küçəsi 21 ünvanında yerləşən "Köz dönər" kafesində dönər yeyən 7 nəfər zəhərlənmə diaqnozu ilə Kliniki Tibbi Mərkəzə aparılıb. REAL-ın məlumatına görə, onların universitet tələbələri olduğu bildirilir. Tələbələr dərsdən sonra birlikdə dönər yeməyə gediblər.

Faktı Səhiyyə Nazirliyinin mətbuat katibi Pərviz Abubəkirov təsdiqləyib. P.Abubəkirov deyib ki, zəhərlənənlərdən ikisi Ə.Qarayev adına 2 saylı uşaq xəstəxanasına köçürülüblər.

Zəhərlənənlərin həyatı üçün təhlükə yoxdur.

Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi hadisə ilə bağlı araşdırmalara başlayıb.

***

Dönərdən zəhərlənən tələbələrdən 3-ü evə buraxılıb. Bu barədə “Qafqazinfo”ya məlumatı Səhiyyə Nazirliyinin mətbuat xidmətinin əməkdaşı Səfayə Əhmədova verib. Onun sözlərinə görə, digər 4 tələbə hələ də xəstəxanadadır: “2 tələbə Kliniki Tibbi Mərkəzdə, 2 tələbə isə yaşı az olduğundan Ə.Qarayev adına 2 saylı uşaq xəstəxanasında müalicə olunur. Hazırda vəziyyətləri orta ağırdır, həyati təhlükə yoxdur”.


Bakıda 7 nəfərin zəhərləndiyi dönərxanadan GÖRÜNTÜLƏR -
Bakıda 7 nəfərin zəhərləndiyi dönərxanadan GÖRÜNTÜLƏR -
Bakıda 7 nəfərin zəhərləndiyi dönərxanadan GÖRÜNTÜLƏR -



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
273 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...