İrəvanın ABŞ ümidi məhv olur: İnqilab nəticə vermədi

İrəvanın ABŞ ümidi məhv olur:
ABŞ ümid edirdi ki, Ermənistanda baş verənlər Ermənistan-ABŞ münasibətlərinə müsbət təsir göstərəcək.

Axar.az xəbər verir ki, bunu “Tert.am”a açıqlamasında Amerika Tədqiqatları Erməni Mərkəzinin direktoru Suren Sərkisyan deyib. Onun sözlərinə görə, iki ölkənin münasibətlərində açılan pəncərə artıq qapadılıb. O qeyd edib ki, ABŞ-la münasibətlərə təsir edən məqamlardan biri də Paşinyanın özünü ABŞ-ı ən çox tənqid edən lider adlandırmasısır.
Sərkisyan həmçinin yaxın gələcəkdə Tramp-Paşinyan görüşünün baş tutmayacağını bildirib. O, ABŞ-ın prioritetləri sırasında Ermənistanın olmadığını da qeyd edib.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
350 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...