Müğənni Kərimə hücum edən şəxs NECƏ AZADLIQDA QALDI?

Müğənni Kərimə hücum edən şəxs

Bakıda müğənni Kərim Abbasova hücum edən şəxsin polis əməkdaşı olması barədə yayılan məlumat həqiqəti əks etdirmir. Bu barədə Bakı şəhər Baş Polis İdarəsinin mətbuat xidmətinin rəhbəri, polis mayoru Elşad Hacıyev məlumat verib.

E.Hacıyev bildirib ki, araşdırmalar zamanı K.Abbasova hücum edən şəxsin Bakı şəhəri, Nəsimi rayon sakini, 1984-cü il təvəllüdlü Elvin Ramazanov olduğu müəyyən edilib. Həmin şəxs Binəqədi rayon Polis İdarəsinə dəvət edilərək izahatı alınıb. Müəyyən edilib ki, həmin şəxs polis orqanlarında çalışmayıb və mülki vətəndaşdır. Hazırda faktla bağlı Binəqədi rayon Polis İdarəsinin təhqiqat şöbəsində təhqiqat-araşdırmaları davam etdirilir.

Xatırladaq ki, müğənni Kərim Abbasov sosial şəbəkədə qeyd edib ki, ailəsi ilə bağlı bağ evindən qayıdarkən küçədə tanımadığı şəxs özünü polis əməkdaşı kimi təqdim edərək ona yumruq zərbələri endirib. K.Abbasov hadisə barədə Daxili İşlər Nazirliyinin "102" xidmətinə məlumat verib. UlduzumSan.Az bildirir ki, burada şübhəli olan bir məqam var ki, bu da Kərimi döyən şəxsin heç bir formada cəzalandırılmamasıdır. Qeyd edək ki, son günlər bu məsələ geniş şəkildə müzakirə olunur.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
326 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...