Əmrə Bəlözğluna tualet fırçası uzadan jurnalist danışdı - VİDEO

Əmrə Bəlözğluna tualet fırçası uzadan jurnalist danışdı -

Türkiyə yığmasının üzvü Əmrə Belözoğluna İslandiya səfəri zamanı mikrofon əvəzinə tualet fırçası uzadan jurnalist açıqlama verib.

“Qafqazinfo”nun məlumatına görə, 26 yaşlı belçikalı Korentin Siamanq hadisə haqqında şəxsi feysbuk hesabından paylaşım edib.


Siamanq hadisəyə belə izah verib: “Belçikaya getmək üçün hava limanında gözləyirdim. Türkiyə millisinin ora gələcəyini öyrəndim. Jurnalist kimi görünmək üçün çirkli fırçamı çıxardım. Milli komandanın kapitanı ilə müsahibə üçün mühafizədən yayınmağı bacardım. Bundan başqa şansım yox idi. Jurnalistlər kapitanlarına fırça ilə sual verdiyimi düşündülər. Hadisə bütün Türkiyə televiziyalarında və saytlarında gündəm oldu. CNN-nin türkcə versiyasının efirində danışdım, sonra digər medialarda.

Türkiyə Xarici İşlər naziri belə “Tvit” yazdı. Azarkeşlər də məni sorğu-suala çəkdi. Məni tapmaq üçün çox şey edən fanatlar var idi. Yarım milyonluq bir feysbuk səhifəsi günahkar olaraq bir islandiyalı tapdı. Sonunda onun hesabına xeyli mesajlar göndərildi. Bütün bunlara baxmayaraq komandanın hava limanında gözləməsinin mənimlə əlaqəsi yoxdur.

Sakit olmaq lazımdır. Əlimdə tutduğum tualet fırçası deyildi. Bu bir zarafatdır, onu təhqir etməmişəm. Bir insana fırça ilə yaxınlaşmamı qadağan edən qanun da yoxdur”.





Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
331 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...