Poroşenkonu mitinqdən qovdular - VİDEO

Poroşenkonu mitinqdən qovdular -
Ukraynanın Zakarpatye əyalətinin Svalyava şəhərində sakinlər ölkənin eks-prezidenti Pyotr Poroşenkonun yolunu kəsərək, onu “Qanba” (Ukrayna dilində “rüsvayçılıq” deməkdir) şüarları ilə mitinq təşkil olunan ərazidən qovublar.

GUNDEMİNFO.AZ xəbər verir ki, bu barədə strana.ua nəşri xəbər yayıb.

Məlumata görə, şəhərdə seçki öncəsi təşviqat kampaniyası çərçivəsində mitinq keçirilib. Sakinlər Poroşenkonun mitinq ərazisində peyda olduğunu görən kimi müxtəlif şüarlar səsləndirib, onun Ukrayna ordusunu soyduğunu bildiriblər.

Kütlənin içindən bir nəfər Poroşenkonun pencəyindən tutmağa müvəffəq olsa da, eks-prezident cangüdənlərinin köməkliyi ilə ərazidən uzaqlaşdırılıb.





Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
271 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...