Maliyyə Nazirliyindən büdcə AÇIQLAMASI - Xərclər 215 milyon manat artırılır

Maliyyə Nazirliyindən büdcə AÇIQLAMASI -
Milli Məclisin dünən, iyulun 12-də keçirilmiş iclasında 2019-cu il dövlət büdcəsinə dəyişikliklər edilməsi ilə bağlı qanun layihəsi səsverməyə çıxarılaraq təsdiqlənib.
Müvafiq qanun layihəsi Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən Milli Məclisə təqdim olunmuşdu.

“Dəyişiklik nəticəsində ölkədə minimum pensiya məbləğinin və əmək haqlarının artması ilə əlaqədar Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun büdcəsinin xərcləri 200 milyon manat və işsizlikdən sığorta fondunun xərcləri 15 milyon manat artırılacaq”.

Bunu Modern.az-a Maliyyə Nazirliyinin mətbuat xidmətindən bildiriblər.

“Dövlət Sosial Müdafiə Fondunun xərclərin qarşılanması üçün 2019-cu ildə məcburi dövlət sosial sığorta haqları üzrə vəsaitlərin 350 milyon manat məbləğində əlavə daxil olması nəzərdə tutulur.

Bununla əlaqədar “Büdcə sistemi haqqında” Azərbaycan Respublikasının Qanununun tələbləri gözlənilməklə əlavə xərclərin maliyyə təminatı üçün 2019-cu il üzrə icmal büdcənin xərclərinin yuxarı həddinin (limitinin) 215 milyon manat artırılması və dövlət büdcəsindən Dövlət Sosial Müdafiə Fondunun gəlir və xərclərinin balanslaşdırılması üçün Fonda ayrılan vəsaitin məbləğinin 150 milyon manat azaldılaraq xüsusi müdafiə təyinatlı tədbirlərin maliyyələşdirilməsinə yönəldilməsi nəzərdə tutulur”,- Maliyyə Nazirliyindən bildirilib.

Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
64 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...