Gürcü müxalifəti ABŞ-ı yardıma çağırır: Tiflis əldən gedir...

Gürcü müxalifəti ABŞ-ı yardıma çağırır:

Gürcüstanın 13 müxalifət partiyası ABŞ Dövlət katibi Mayk Pompeoya məktubla müraciət edib.

Axar.az xəbər verir ki, məktubda müxalifət nümayəndələri ölkədəki hadisələrlə bağlı həyəcan təbili çalıb və Gürcüstanın Qərbə gedən yolu, eləcə də ABŞ-ın regiondakı maraqlarının ciddi təhlükə altında olduğunu bildiriblər. Məktubda Bidzina İvanişvilinin davamlı olaraq ölkənin yönünü Moskvaya doğru çevirdiyi vurğulanıb.

Müxalifət partiyaları həmçinin 20 iyunda Tiflisdə baş verən etirazlar, polisin etirazçılara güc tətbiq etməsi və Rustavi-2 olaylarına dair məlumat veriblər. Onlar İvanişvilinin Rustavi-2-yə təsir edərək, onun redaksiya siyasətini dəyişməyə cəhd etdiyini deyiblər.

Məktubda Gürcüstanın demokratik institutlarının İvanişvilinin ucbatından dağılmaq ərəfəsində olduğu da bildirilib.

Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
78 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...