"Liverpul"un qapıçısını Türkiyədə azarkeş zədələyib - VİDEO

"Liverpul"un qapıçısını Türkiyədə azarkeş zədələyib -

İngiltərənin "Liverpul" klubu daha bir qapıçı şoku yaşayıb. İkinci qapıçı kimi alınmış ispaniyalı Adrian da zədələnib.

Oxu.Az xəbər verir ki, bu gün İngiltərə Premyer Liqasının "Sauthempton" – "Liverpul" görüşündən əvvəl keçirilən mətbuat konfransında Liverpul komandasının almaniyalı baş məşqçisi Yürgen Klop İstanbulda keçirilmiş UEFA Super Kuboku matçından sonra komanda ilə qələbəni qeyd etmək üçün meydançaya qaçmış fanatın Adrianın topuğunu zədələdiyini bildirib:

"Başa düşə bilmirəm ki, biz nə vaxtsa bir yerdə olanda niyə azarkeş bizə tərəf tullanır. O, sürüşən zaman Adrianın topuğunu zədələyib. Adrianın topuğu şişib.

Şübhəsiz, biz azarkeşlərimizi sevirik. Ancaq onlar belə hərəkətləri dayandırmalıdır. Bu, əyləncəli deyil. Stadionlarda hasarların olmaması yaxşı haldır. Ancaq burada bəzi fanatlardan məsuliyyət hiss də tələb olunur. "Norviç"lə matçda, İstanbulda adamlar meydançaya qaçır. Çempionlar Liqasının finalında qız, yəqin ki, bunu pul üçün etdi. Amma fanatlar bunun üçün çox məsuliyyətli olmalıdır".

Qeyd edək ki, "Liverpul"un əsas qapıçısı Alison "Norviç"lə matçın əvvəllərində zədələnib. Onun nə vaxt qayıdacağı bilinmir. 32 yaşlı Adrian isə "Çelsi" ilə matçın penaltilər seriyasında "Çelsi"nin hücumçusu Tami Abrahamın zərbəsini dəf etməklə qələbənin memarı hesab edilib.

Komandada bu yay qısa müddətlik alınmış 35 yaşlı təcrübəli Endi Loderqan və 20 yaşlı təcrübəsiz irlandiyalı Kaoimhin Keleher kimi qapıçılar da var.




Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
394 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...