Rusiya-ABŞ nüvə müharibəsi: Günəşə həsrət qalacağıq

Rusiya-ABŞ nüvə müharibəsi:

Rusiya və ABŞ arasında irimiqyaslı nüvə müharibəsi baş versə, Yer 10 il ərzində nüvə qışına qərq olacaq.

“Daily Mail” xəbər verir ki, ABŞ-ın bir qrup alimi bu qənaətə gəlib.

Mütəxəssislər hesab edirlər ki, nüvə partayışları nəticəsində iri əraziləri əhatə edən yanğınlar başlayacaq və böyük miqdarda (təqribən 147 milyon ton) his atmosferə buraxılacaq.

His isə, öz növbəsində, bulud şəklində toplanacaq və Günəş işığının qarşısını alacaq. Nəticədə havanın orta temperaturu 9 dərəcə aşağı düşəcək.

Alimlərin fikrincə, his buludlarının dağılması üçün təqribən 7 il keçməlidir, işığın normal səviyyəsinin bərpasına isə daha üç il lazımdır.

Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
71 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...