““Relax”ın rəhbəri qardaşımdır” - İqbal Məmmədov

““Relax”ın rəhbəri qardaşımdır” -

Milli Məclisin deputatı İqbal Məmmədov “Relax” İstirahət və Turizm Mərkəzində baş vermiş insidentlə əlaqədar növbəti açıqlamasını yayıb.

“Qafqazinfo” xəbər verir ki, deputat İ.Məmmədov açıqlamasında bildirib ki, “Relax” İstirahət və Turizm Mərkəzinin təsisçisi və rəhbəri onun qardaşı Məmmədov Çingiz Nəriman oğludur:

“İstirahət mərkəzində baş vermiş insidentlə əlaqədar dərin təəssüf hissi keçirir və mərkəzin əməkdaşlarının hərəkətlərini qəti şəkildə pisləyirəm. Məzuniyyətdən qayıtdıqdan sonra bu barədə mənə məlumat verdilər.

Vergilər Nazirliyi tərəfindən aparılan araşdırmalara köməklik məqsədilə yoxlama komissiyasına zəruri sənədlərin təqdim olunması təmin ediləcək. Ümid edirəm ki, qanun pozuntularına yol vermiş şəxslər barəsində qanunamüvafiq qərarlar qəbul ediləcək”.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
410 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...