Nazənin izləyicisini polisə verir

Nazənin izləyicisini polisə verir

Müğənni Nazənin Salayeva şəxsi instaqram hesabının istifadəçisindən hüquq-mühafizə orqanlarına müraciət edəcək.

“Qafqazinfo” xəbər verir ki, bu barədə o, sosial şəbəkədə məlumat yayıb.

Sənətçi İmanov Elbəy adlı şəxsin onu təhqir etdiyini, onun barədə polisə şikayətçi olacağını qeyd edib: “Bu şəxs barədə mənə çox mesaj yazdılar. Deyirlər ki, dələduzdur. Amma mən bu işi belə qoymayacam. Lazımı orqanlara müraciət edəcəm. Özü üzr istəyir, amma mənə bu lazım deyil. Kişi adam onun-bunun xanımına, anasına, bacısına, qızına artıq-əskik söz yazmır”.

Müğənni sözügedən şəxsin 1 dəfə profilini, 2 dəfə fotosunu paylaşaraq ona xəbərdarlıq edib. N. Salayeva bundan sonra da təhqiri davam edən şəxs barədə polisə müraciət edəcəyini deyib.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
425 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...