Mehriban Əliyeva neftçiləri təbrik etdi - FOTO

Mehriban Əliyeva neftçiləri təbrik etdi -
Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyeva “Əsrin müqaviləsi”nin imzalanmasının 25 ili ilə bağlı “Instagram” hesabında paylaşım edib.

GUNDEMINFO.AZ xəbər verir ki, paylaşımda deyilir:

“Əziz dostlar,

İyirmi beş il əvvəl ölkəmizin iqtisadi müstəqilliyinin təməlini qoyan “Əsrin müqaviləsi” imzalanıb.

Azərbaycanda neftçi peşəsi hər zaman şərəfli və hörmətli peşələrdən biri sayılıb və sayılır. Əziz neftçilər, biz sizinlə, sizin peşə uğurlarınızla fəxr edirik. Qəhrəmanlığa bərabər əməyinizə, fədakarlığınıza görə çox sağ olun.

Sizi bu yubiley münasibətilə ürəkdən təbrik edirəm, sizə möhkəm cansağlığı, yeni nailiyyətlər arzulayıram”.

Mehriban Əliyeva neftçiləri təbrik etdi -

Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
42 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...