“Bala Tofiq” ifşa edildi - FOTOLAR

“Bala Tofiq” ifşa edildi -

Bərdə rayonunda Qida Təhlükəsizliyi Agentliyi (AQTA) və hüquq-mühafizə orqanlarının nümayəndələri ilə birgə əməliyyat keçirilib.

“Qafqazinfo” xəbər verir ki, daxil olan məlumat əsasında Bərdə rayonu Alaçadırlı kəndində məskunlaşmış Laçın rayonu Soyuqbulaq kənd sakini “bala Tofiq” ləqəbli 1975-ci il təvəllüdlü Qurbanov Tofiq İbrahim oğluna məxsus həyətyanı sahəyə baxış keçirilib.

Baxış zamanı vətandaşa məxsus həyətyanı sahədə mənşəyi məlum olmayan, insan istehlakı üçün istifadəyə yararsız və sümükdən ayırılmış vəziyyətdə satış üçün hazırlanmış təxmini çəkisi 255 kq ət aşkar edilib. Heyvan cəmdəklərinə orqanoleptik baxış keçirilən zaman heyvanların qansızlaşdırılmasının düzgün aparılmadığı, ətin kəskin iyli olduğu məlum olub.

Heyvan cəmdəklərindən nümunələr götürülərək ekspertizadan keçirilməsi üçün Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunun laboratoriyasına göndərilib. Hazırda faktla bağlı araşdırma davam etdirilir.


“Bala Tofiq” ifşa edildi -
“Bala Tofiq” ifşa edildi -
“Bala Tofiq” ifşa edildi -



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
656 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...