Gələn il büdcədən səhiyyəyə nə qədər pul ayrılacaq?

Gələn il büdcədən səhiyyəyə nə qədər pul ayrılacaq?
2020-ci ilin dövlət büdcəsində səhiyyə xərcləri üçün 1369,0 milyon manat vəsait ayrılıb.

“Report” xəbər verir ki, bu, Azərbaycan Respublikasının 2020-ci ilin dövlət va icmal büdcələri üzrə sənəd layihəsində öz əksini tapıb.

Gələn il səhiyyə sahəsinə ayrılan vəsait 2019-cu illə müqayisədə 326,5 milyon manat və ya 31,3 faiz çoxdur.

Sənədə əsasən, 2020-ci ilin səhiyyə xərclərinin dövlət büdcəsi xərclərinin tərkibində xüsusi çəkisi 5,1 faiz təşkil edəcək. Bu da 2019-cu illə müqayisədə 1,0 faiz-bənd çoxdur.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
449 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...