Ramiz Mehdiyev AMEA-nın prezidenti seçilib

Ramiz Mehdiyev AMEA-nın prezidenti seçilib
Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Ümumi yığıncağında AMEA-nın prezidenti vəzifəsinə keçirilən seçkilər başa çatıb.

“Report” xəbər verir ki, AMEA-nın akademikləri və müxbir üzvlərinin iştirakı ilə keçirilən səsvermədə Ramiz Mehdiyev AMEA-nın prezidenti seçilib.

Prezident İlham Əliyevin sərəncamı ilə Azərbaycan Milli Elmlər Akademiyasının ümumi yığıncağında Azərbaycan Milli Elmlər Akademiyasının prezidenti seçilmiş Ramiz Ənvər oğlu Mehdiyev bu vəzifəyə təsdiq ediilib.

Qeyd edək ki, oktyabrın 23-də Prezident İlham Əliyev Ramiz Mehdiyevin Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının rəhbəri vəzifəsindən azad edilməsi haqqında sərəncam imzalayıb.

Xatırladaq ki, akademik Akif Əlizadə ərizə yazaraq AMEA prezidenti vəzifəsindən istefa verib.

Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
49 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...