“Məmurlar zəli kimi yapışıb onların qanını sorurlar” - VİDEO

“Məmurlar zəli kimi yapışıb onların qanını sorurlar” -
Xəbər verdiyimiz kimi, Azərbaycan Prezidenti İlham Əliyev yeni təyinat alan İqtisadiyyat naziri Mikayıl Cabbarovu qəbul edib.

“Gundeminfo” xəbər verir ki, dövlət başçısı görüşdə M. Cabbarovun bir neçə nazirlikdə çalışdığını, müxtəlif işlər gördüyünü xatırladıb: “Vergilər naziri kimi fəaliyyətinizi qeyd etməliyəm. Aparılan islahatlar nəticəsində vergilər sistemində şəffaflıq təmin olunur”.

Prezident qeyd edib ki, bəzi dövlət məmurları, yerli icra orqanları sahibkarlara maneələr yaradırlar: “Sahibkarlara yönəlmiş o çirkin əllər gərək kəsilsin. Xüsusilə bölgələrdə sahibkar bir balaca iş qurursa gəlirlər zəli kimi yapışırlar onun bədənindən, sorurlar onun qanını. Belə adamlara qarşı çox ciddi tədbirlər görüləcək”.

Görüşün videosunu təqdim edirik:





Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
363 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...