İnam Kərimov daha iki direktoru işdən azad etdi

İnam Kərimov daha iki direktoru işdən azad etdi
Şəmkir və Tovuz Dövlət Aqrar İnkişaf Mərkəzlərinin direktorları işdən azad ediliblər.

"Gundeminfo"ya daxil olan məlumata görə, Şəmkir DAİM-in direktoru Kamil Yusibov və Tovuz DAİM-in direktoru Rəhman Qasımov nazirliyin fəaliyyət prinsiplərini kobudcasına pozduqlarına, fermerlərlə yaxınlıq, şəffaf və səmərəli idarəetmə prinsiplərinə əməl etmədiklərinə görə tutduqları vəzifədən uzaqlaşdırılıblar.

Kənd Təsərrüfatı Nazirliyindən faktı təsdiqləyiblər.

Bir müddət əvvəl Kürdəmir və İsmayıllı Dövlət Aqrar İnkişaf Mərkəzlərinin direktorları da işdən azad edilmişdi. Ötən ay Elşən Cəbrayılov Kürdəmir DAİM-in, Rövşən Yəhyayev isə İsmayıllı DAİM-in direktoru vəzifələrinə təyinat alıb. Bundan başqa Etibar Muradlı Şamaxı Dövlət Aqrar İnkişaf Mərkəzinə direktor təyin olunmuşdu.

Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
39 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...