Miri Yusifə söz atdı, səhəri görüşdülər - FOTO

Miri Yusifə söz atdı, səhəri görüşdülər -
Xalq artisti Miri Yusif ötən gün Türkiyənin stəndap ulduzu Cem Yılmazla bir araya gəlib.

“Qafqazinfo” xəbər verir ki, sənətçi, əvvəlcə Bakı Konqres Mərkəzində komediya aktyorunun çıxışını izləyib, daha sonra xanımı Nərgiz Mirbabayeva ilə birgə Cemlə görüşüb.

O, instaqramda foto paylaşaraq C. Yılmazın ona söz atmasına münasibət bildirib: “Düzdür, bu gün tanış olduq. Amma zarafatımız dünəndən var. Gözəl konsert, gözəl sənətkar”.

Qeyd edək ki, aktyor yerli KİV nümayəndələri ilə görüşü zamanı “bir həftə Bakıda qalsam, Miri Yusif kimi Xalq artisti olaram” –deyə bildirmişdi. Onun bu fikri sosial şəbəkələrdə müzakirələrə səbəb olmuşdu.


Miri Yusifə söz atdı, səhəri görüşdülər -

Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
35 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...