Gizli sənədlər deşifrə olundu: Türklərə rəhm etməyin!

Gizli sənədlər deşifrə olundu:

Uyğur türklərinə qarşı assimilyasiya həyata keçirən Çin hökumətinin gizli sənədləri deşifrə edilib.

Axar.az xəbər verir ki, bu barədə Türkiyənin “Yeni Şəfəq” nəşri yazıb.

Məlumata görə, Sintszyan-Uyğur Muxtar vilayətindəki uyğur türklərinə qarşı Çinin sərt siyasətini ifşa edən 403 səhifəlik rəsmi sənədlər mətbuatda işıqlandırılıb.

“Nyu York Tayms”ın yayımladığı sənədlərdə Çin hakimiyyətinin Sintszyan-Uyğur Muxtar vilayətindəki təhlükəsizlik qüvvələrinə əhali ilə necə rəftar etmələrinə dair göstərişləri əks olunub. Sənədlərin ən azı 200 səhifəsində Çin Prezidenti Si Szinpinin və digər çinli rəsmilərin bölgədəki uyğur əhaliyə nəzarətlə bağlı göstərişlərinə yer verilib, həmçinin, islam dininin yayılmasının qarşısının alınması üçün tədbir görülməsi barədə xəbərdarlıq edilib.

Sənədlərdə rəsmi Pekinin 11 sentyabr 2001-ci il hadisələrindən sonra Vaşinqtonun irəli sürdüyü “terrorla mübarizə” siyasətini eynilə köçürdüyü də müşahidə olunur.

“Əsla rəhm etməyin”

Deşifrə olunan sənədlərdə Si Szinpinin 11 sentyabrdan sonra ABŞ-ın “terrorla mübarizə” siyasətini örnək alaraq, təhlükəsizlik orqanlarına “əsla rəhm etməyin” göstərişi verdiyi qeyd olunur.

Sənədlərdə xaricdə təhsil alıb qayıdan uyğur gənclərin yaxından izlənilməsi və ailələrinin harada olması ilə bağlı suallarına “Çin dövlətinin açdığı tədris məktəblərinə aparılıb. Onlar günahkar deyil, lakin radikallıq virusuna qarşı müalicə alırlar” cavabının verilməsi əmr edilib.

Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
54 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...