Murad Dadaşovun mağazasında ölüm

Murad Dadaşovun mağazasında ölüm

Xalq artisti Murad Dadaşovun sahibi olduğu “Côte d`Azur” şirniyyat mağazasıda ölüm hadisəsinin olması barədə məlumat yayılıb. Axşam.az saytının xəbərinə görə, müştərilərdən biri mağazada ürəktutmadan dünyasını dəyişib.

Dadaşovun mətbuat xidməti məlumatı təsdiqləyib. Amma qeyd olunub ki, sözügedən xanım şirniyyat evinin müştərisi olmayıb:

“Dünyasını dəyişən şəxs nə mağazanın işçisi, nə də müştərisidir. Sadəcə həmin xanım məhz şirniyyat evinin qarşısından keçərkən halı pisləşib. Həmin vaxt məkanda olan işçi, müştərilər bayıra çıxaraq qadına yardım ediblər və onu içəri keçiriblər. Çox güman ki, infarkt keçirib. Təcili yardım çağırılıb, lakin həkimlər gələnədək xanım ölüb”.

Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
56 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...