Gülalıyev yenə əməliyyat olundu: Ümidverici…

Gülalıyev yenə əməliyyat olundu:
Hüquq müdafiəçisi Oqtay Gülalıyev bu gün ikinci dəfə beyin əməliyyatı keçirib. Əməliyyatla beyindən ödəmi təmizləyiblər.

Axar.az xəbər verir ki, bu barədə məlumatı jurnalist-yazar Zümrüd Yağmur paylaşıb. O bildirib ki, həkimlər xəstənin komadan çıxması üçün müalicənin davam etdiriləcəyini desələr də, hələ ki, ümidverici bir şey yoxdur”.

Adil Qeybulla isə O.Gülalıyevin bir müddət əvvəl ağ ciyərinə düşən infeksiya ilə bağlı deyilənlərə aydınlıq gətirib. Professor bildirib ki, yataq xəstəsi olan insanın ağ ciyərinə infeksiya düşməsi mümkün bir şeydir:

“Bu, olduqca normal bir şeydir, belə bir şey olur və qarşısı da alınır. Yataq xəstələrində durğunluq plevmaniyası ola bilir. Çünki ağ ciyərlər normal çalışmır. Bu da ciyərə infeksiya düşürmüş kimi dəyərləndirlir. Xüsusilə də bu traxastamiyadadır, yəni burnu ilə nəfəs almır, borudan nəfəs alır. Bu da qorxulu bir şey deyil”.

Qeyd edək ki, dünən hüquq müdafiəçisi Türkiyənin İstanbul şəhərindəki “Avrasiya” klinikasından “Amerikan” xəstəxanasına köçürülüb. Onun bütün müalicə xərclərini Heydər Əliyev Fondu çəkir.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
285 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...