Erməni deputat: 158 əsgərin ölüm səbəbi...

Erməni deputat:
Ermənistan ordusunda xidmət edən hərbçilər arasında şəxsi münasibətlər zəminində ölən əsgərlərin sayı düşmən (Azərbaycan) tərəfindən öldürülmüş erməni əsgərlərinin sayından daha çoxdur.

Axar.az xəbər verir ki, bunu Ermənistan parlamentində deputat K.Poqosyan “Cinayətkar avtoritetlərə qarşı qanun layihəsi”nin müzakirəsi zamanı deyib. O, mövzudan kənara çıxaraq 2015-2019-cu illərdə cəbhədə ölən əsgərlər haqqında məlumat verib:

“Ermənistan ordusunda xidmət edən hərbçilər arasında şəxsi münasibətlər zəminində ölən əsgərlərin sayı 158 nəfər olub. Müqayisə üçün deyim ki, rəqib Azərbaycan əsgərləri tərəfindən öldürülmüş erməni əsgərlərinin sayı 150 nəfər təşkil edir. Göründüyü kimi, özümüz tərəfdən öldürülən əsgələrin sayı düşmən tərəfindən öldürülən əsgərlərin sayından daha çoxdur”.

Poqosyanın çıxışını şərh edən ermənişünas İsmayıl Tanrıverdi isə bildirib ki, Aprel müharibəsi zamanı ölən erməni əsgərlərinin sayı bura daxil edilməyib. Belə ki, müqayisə “qeyri-döyüş” və ya “atəşkəsin pozulması” zamanı ölənlərlə aparılıb.

Aprel savaşı isə döyüş şəraitidir.

Qeyd edək ki, 2016-cı ildə 1-5 aprel tarixlərində Azərbaycanla Ermənistan arasında baş verən Dördgünlük müharibədə düşmən tərəfinin verdiyi rəsmi açıqlamaya görə, 320 erməni əsgər məhv edilib, 500-dən artıq hərbçi isə yaralanıb. Qeyri-rəsmi mənbələrdə isə bu rəqəmlərin daha çox olduğu bildirilir.

Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
34 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...