“Qırxayaq deyiləm ki, hər işlə məşğul olam” - Deputat

“Qırxayaq deyiləm ki, hər işlə məşğul olam” -
Milli Məclisin deputatı Adil Əliyev Yeni Azərbaycan Partiyasının üzvü olmamasının səbəbini açıqlayıb...

Gundeminfo.az-ın xəbərinə görə, A.Əliyev “Azadlıq radiosu”na video-müsahibəsində deyib ki, siyasətlə məşğul olmur.

Deputat bildirib ki, Prezident İlham Əliyevin həyata keçirdiyi siyasəti dəstəkləyir: “Bitərəfəm, Yeni Azərbaycan Partiyasının üzvü deyiləm. Ona görə ki, hərbçi, polis olmuşam. Açığı, Yeni Azərbaycan Partiyasının üzvü olmaq daha çox məsuliyyətdir. Əlavə işlə məşğul olmaq vaxt itkisi olar. Qırxayaq deyiləm ki, hər işlə məşğul olam”.

A.Əliyev milyonluq biznesinin olması ilə bağlı da iddiaları əsassız adlandırıb: “Bizim milyonluq biznesimiz yoxdur. Çexiyada da heç bir mülküm yoxdur, qardaşıma məxsus mənzil var. Nəsə əldə etmişiksə, polis və ya deputat maaşı ilə əldə etməmişik. Sadəcə, yaxşı oğlan, ağıllı düşüncələrə sahib olmaq lazımdır. Rusiyada təhsil almışam, oradakı hazırki iş adamları ilə birgə oxumuşuq, çalışmışıq. Həmin insanların Azərbaycanla əlaqələrini qurmuşam. Özüm isə heç vaxt biznes fəaliyyəti ilə məşğul olmamışam. Yaxşı insanlara həmişə hörmət edirlər. Sürdüyüm avtomobili də qardaşımoğlu doğum günümdə hədiyyə edib”.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
328 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...