Merkel etiraf etdi: Xəcalət çəkirəm...

Merkel etiraf etdi:

Almanların törətdikləri cinayətlərə görə xəcalət çəkirəm.

Axar.az xəbər verir ki, bunu Almaniya kansleri Angela Merkel Auşvitz-Birkenau həbs düşərgəsinin yerində inşa edilmiş muzeydə çıxışı zamanı söyləyib.

“Bir Almaniya kansleri olaraq burada çıxış etmək mənim üçün çətindir. Mən almanların burada törətdikləri amansız cinayətlərə görə xəcalət çəkirəm. Auşvitz insanlıq tarixində ən irimiqyaslı cinayətin baş verdiyi yerdir. Biz burada baş vermiş cinayətləri unutmamalıyıq”, - Merkel bildirib.

Qeyd edək ki, Angela Merkel Auşvitzə baş çəkmiş üçüncü Almaniya kansleridir. Daha əvvəl buraya Helmut Şmidt və iki dəfə Helmut Kol səfər edib.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
345 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...