Moskvadan İrəvana jest: 2026-ya qədər uzadıla bilər...

Moskvadan İrəvana jest:

Moskva Metsamor AES-in təmiri üçün İrəvana verdiyi kreditin müddətini uzadacaq.

Axar.az xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Ermənistanın İnfrastruktur və Ərazi İdarəetmə naziri Suren Papikyan deyib. O bu barədə Rusiya tərəfi ilə razılaşmanın artıq əldə olunduğunu bildirib. Papikyan Ermənistanın Moskvaya kreditin ödənilməsinə 2021-ci ildən başlayacağını bildirib.

Qeyd edək ki, bundan öncə AES-də təmirin 2020-ci ildə bitəcəyi planlaşdırılsa da, sonradan onun vaxtı 1 il uzadılmışdı.

Metsamor AES 1976-cı ildə istifadəyə verilib. Ermənistan Rusiyanın kreditiylə AES-in istismarını 2026-cı ilə qədər uzatmağı planlaşdırır.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
298 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...