Oqtay Gülalıyevin son durumu: İrəliləyiş var

Oqtay Gülalıyevin son durumu:
Atam Oqtay Gülalıyevin durumunda irəliləyiş müşahidə olunur.

Axar.az xəbər verir ki, bu barədə məlumatı keçirdiyi qəzadan sonra komaya düşən hüquq müdafiəçisi Oqtay Gülalıyevin oğlu Təbriz Gülalıyev sosial şəbəkə hesabında paylaşıb.

T.Gülalıyev bildirib ki, son 2 gündə Oqtay Gülalıyevin qızdırması olmayıb:

“Nəfəs alması da yaxşılaşıb. Həmçinin böyrəklərində olan keratinin səviyyəsi azalmağa doğru gedir”.

Xatırladaq ki, 29 oktyabr tarixində yolu keçərkən avtomobil vurması səbəbindən beyni əzilən və beyin əməliyyatı olan hüquq müdafiəçisi Oqtay Gülalıyev hazırda Türkiyənin İstanbul şəhərindəki “Amerikan” xəstəxanasında müalicə alır. O.Gülalıyevin müalicəsi Heydər Əliyev Fondunun dəstəyi ilə həyata keçirilir.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
289 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...