“İnanma ki, dayın səndən sonra sağ olsun…” - Ələkbər

“İnanma ki, dayın səndən sonra sağ olsun…” -

Məşhur meyxanaçı Ələkbər Yasamallı sosial şəbəkədə intihar edən bacısı oğlu Şamxalın fotolarını yayıb.

“Qafqazinfo” xəbər verir ki, o, şəkillərə şərh yazaraq ağır kədərləndiyini vurğulayıb:

“Əsgər gəlməyini həsrətlə gözləyirdim ki, mənə qardaş olasan! Amma bilsəydim ki, faciəvi şəkildə öləcəksən, sənə əsgərlikdə olanda şəhid olmağı arzu edərdim. Başımız sağ olsun. Amma inanma ki, dayın səndən sonra sağ olsun. Yoxluğuna hələ də inana bilmirəm”.

Xatırladaq ki, yanvarın 19-da 21 yaşlı Niftəliyev Şamxal yaşadığı evdə özünü asıb.

Faktla bağlı Yasamal rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 125-ci (özünü öldürmə həddinə çatdırma) maddəsi ilə cinayət işi başlanıb, zəruri istintaq hərəkətləri həyata keçirilir.

“İnanma ki, dayın səndən sonra sağ olsun…” -
“İnanma ki, dayın səndən sonra sağ olsun…” -
“İnanma ki, dayın səndən sonra sağ olsun…” -



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
302 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...