Əhali arasında ən çox yayılan xəstəliklərin SİYAHISI

Əhali arasında ən çox yayılan xəstəliklərin


Ötən il qeydə alınmış xəstəliklər arasında tənəffüs, əsəb sistemi və hissiyyat orqanlarının, həzm orqanlarının, qan dövranı sisteminin, sidik-cinsiyyət sisteminin xəstəlikləri, eləcə də qan, qanyaradıcı orqanların xəstəlikləri üstünlük təşkil edib.

Dövlət Statistika Komitəsindən Modern.az-a verilən məlumata görə, yoluxucu xəstəliklərin profilaktikası, bu xəstəliklər səbəbindən əlilliyin azaldılması və qarşısının alınması işində uşaqların yeni təqvim əsasında vaxtında müasir vaksinlərlə peyvənd olunması xüsusi əhəmiyyət kəsb edir.

2019-cu ildə Azərbaycanda inkişaf etmiş Avropa ölkələrində olduğu kimi yoluxucu xəstəliklərdən qorunması məqsədilə uşaqlara 11 xəstəliyə qarşı peyvənd edilib. Bütün bunların nəticəsində ayrı-ayrı yoluxucu xəstəliklərin azalmasına, bəzilərinin isə tam ləğv olunmasına nail olunub.

Səhiyyə Nazirliyinin məlumatına əsasən, ötən ilin yanvar-noyabr aylarında 2020-ci ilin müvafiq dövrü ilə müqayisədə ölkədə qonokokk infeksiyası ilə (45,5 faiz), hepatit B virusu ilə (29,4 faiz), hepatit C virusu ilə (19,8 faiz), sifilis ilə (13,5 faiz), su çiçəyi ilə (8,2 faiz), ağciyər vərəmi ilə (2,4 faiz) xəstələnmə halları azalıb.

Müqayisə olunan dövrdə əhalinin 100 min nəfərinə düşən xəstələnmə hallarının sayı qonokokk infeksiyası üzrə 45,8 faiz, hepatit B virusu üzrə 30,8 faiz, hepatit C virusu üzrə 18,2 faiz, sifilis üzrə 13,8 faiz, su çiçəyi üzrə 9,0 faiz, ağciyər vərəmi üzrə 3,2 faiz azalıb.

Kəskin poliomielit, epidemik parotit, məxmərək, anadangəlmə məxmərək sindromu, difteriya, yenidoğulmuşlarda tetanus, göyöskürək və malyariya xəstəlikləri qeydə alınmayıb. Bununla yanaşı qarayara, qoturluq, skarlatin, insanın immunçatışmazlığı virusunun törətdiyi xəstəliklə, bruselyoz ilə xəstələnənlərin sayında artım müşahidə olunur. 2007-ci ildən 2018-ci ilin dekabr ayınadək ölkədə qızılca xəstəliyi demək olar ki, qeydə alınmasa da, ötən ilin yanvar-noyabr aylarında bu xəstəliklə qeydə alınmış xəstələrin sayı 281 nəfər olub.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
299 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...