"İsgəndər Həmidovun vəziyyəti kritikdir" - Həkim

"İsgəndər Həmidovun vəziyyəti kritikdir" -

Azərbaycanın keçmiş daxili işlər naziri İsgəndər Həmidovun vəziyyəti kritikdir.

Bu barədə Lent.az -a məlumat verən professor Adil Qeybulla bildirib ki, sabiq nazir bağlı bir neçə gün əvvəl qardaş Türkiyədən gəlmiş neyrocərrah, professor Kadir Tafta ilə konsultasiya edildi:

"Baş beynin tomoqrafiyası müayinəsi zamanı işemik prosesin artıq beynin hər iki yarımkürəsini əhatə etdiyi müəyyən edildi. Cərrahi əməliyyat və ya onun xaricə aparılması variantları məqsədəuyğun sayılmadı. Aparılan müalicə sxeminə müəyyən korrektələr edildi.

Hal-hazırda hemodinamikası inotrop (dərman preparatları hesabına) dəstəkdədir, qeyri-stabildir. Mütəmadi tənəffüs pozuntuları qeyd edilir. Bir sözlə, həkimlər onun həyatı ilə çarpışırlar".

Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
76 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...