Narazılar meriyaya cavab verdi: Lökbatana gedirlər?

Narazılar meriyaya cavab verdi:

Xəbər verdiyimiz kimi, ReAL, Müsavat, D-18 Hərəkatı və müstəqil namizədlər 9 fevralda keçirilən növbədənkənar parlament seçkilərinin nəticəsinə etiraz məqsədi ilə 16 fevrala mitinq təyin edib.

Bakı Şəhər İcra Hakimiyyəti mitinqin Qaradağ rayonu Lökbatan qəsəbəsində keçirməyi məqsədəuyğun hesab edib.

Bu gün adıçəkilən partiyalar BŞİH-nin bu qərarını müzakirə edib. Onlar Lökbatana getməkdən imtina ediblər.

Cebhe.info xəbər verir ki, bu barədə məlumatı ReAL Partiyasının sədri İlqar Məmmədov verib.

“Lökbatan təklifindən imtina etdik. 16 fevralda seçki saxtakarlığına qarşı aksiya Bakı şəhərində keçirilməlidir”,-deyə İ.Məmmədov bildirib.

Qeyd edək ki, müraciətdə aksiyanın "28 May" metrostansiyanın qarşısında keçiriləcəyi qeyd olunmuşdu.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
323 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...