Rauf Arifoğlu təkrar seçkilərə qatılacaq?- Özü AÇIQLADI

Rauf Arifoğlu təkrar seçkilərə qatılacaq?-

Mərkəzi Seçki Komissiyası 35 saylı Xətai Üçüncü Seçki Dairəsinin nəticələrinə baxıb.

Cebhe.info-nun məlumatına görə, dairədən seçki ilə bağlı şikayət daxil olub. Hazırda MSK namizədlərdən biri - İqbal Ağazadənin müraciətini araşdırıb. Şikayətlə bağlı məlumat MSK katibi Ramiz İbrahimov verib.

Bildirib ki, 33 məntəqədən 30-da pozuntu olub. Nəticələr ləğv olunub.

Xatırladaq ki, həmin dairədən Rauf Arifoğlu lider namizəd kimi qeyd olunub.

Rauf Arifoğlu 35 saylı Xətai 3-cü Seçki dairəsinin nəticələrinin ləğv olunması ilə bağlı açıqlama verib. O, mübarizəni davam etdirəcəyini bildirib:

“MSK-nın qərarı ilə dairədə nəticələrin ləğv olunması yeni yarış imkanı yaradır. Mən bu imkandan öz adıma istifadə edəcəm! İqbal Ağazadəni, ürəyi istəyən başqa siyasi liderləri də dəvət edirəm, gəlsinlər, seçki nədir, qələbəni necə qazanmaq olar, bir daha əyani şəkildə göstərim!

Mənə, soyuq havaya rəğmən səs verən seçicilərə, möhtəşəm kampaniya aparan seçki qərargahıma, mediada dəstəyim olan həmkarlarıma, ailəmə, doğmalarıma ürəkdən təşəkkür edərək bildirirəm ki, yeni seçki kampaniyasına hazır olsunlar!”



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
405 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...