MSK bu dairələrdən verilən şikayətləri qəbul etmədi

MSK bu dairələrdən verilən şikayətləri qəbul etmədi

Mərkəzi Seçki Komissiyasının iclası başlayıb.

Axar.az xəbər verir ki, iclasda fevralın 9-da Milli Məclisə keçirilmiş seçkilərlə bağlı MSK-ya daxil olan müraciətlərə baxılır.

Daxil olan müraciətlərlə bağlı MSK katibi Arifə Muxtarova və Ekseprt Qrupunun üzvləri məlumat verirlər.

MSK katibi Arifə Muxtarova bildirib ki, 42 saylı Sumqayıt ikinci seçki dairəsi üzrə daxil olmuş bir müraciətin araşdırma səlahiyyəti DSK-ya aid olduğundan, müvafiq DSK-ya göndrilməlidir.

A.Muxtarova daha sonra 121 saylı Laçın, 108 saylı Ağstafa, 73 saylı Lənkəran şəhər, 98 Şəmkir şəhər (bu dairə üzrə iki şikayət), 10 saylı Binəqədi üçüncü, 16 saylı Yasamal ikinci, 24 saylı Nizami seçki dairəsi üzrə şikayətlərin qanunvericilikdə nəzərdə tutulmuş müddət keçdiyi üçün ərizəçilərə geri göndərilməli olduğunu qeyd edib.

Bu şikayətlərin müvafiq DSK-ya və ərizəçilərə göndərilməsi barədə qərar qəbul olunub.

***

Digər müraciətlərlə bağlı danışan MSK üzvü Ramiz İbrahimov deyib ki, 88 saylı Göyçay, 51 saylı Qusar, 24 saylı Nizami seçki dairələri üzrə şikayətlər gec daxil olduğu üçün təmin edilməməlidir.

Daha sonra 24 saylı Nizami birinci seçki dairəsi üzrə müşahidə aparmış Rövşən Nəcəfov şikayəti barədə məlumat verilib:

“O, DSK-nın iclasında iştirak etmək istəyib. Amma ona bildirilib ki, iclas olmayacaq. Nəcəfov bunu mübahisələndirib və MSK-ya müraciət edib. Onun müraciətində göstərdiyi hallar öz təsdiqini tapmayıb. Ona görə də təmin edilməməlidir”.

MSK üzvü Qabil Orucov isə bildirb ki, 42 saylı Sumqayıt, 52 saylı Quba seçki dairəsi üzrə şikayətlər də müddəti ötürülməklə daxil olduğu üçün ərizəçiyə geri qaytarılmalıdır.

MSK üzvü Validə Kazımova 101 saylı Göygöl-Daşkəsən, 54 saylı Şabran-Siyəzən, 57 saylı Kürdəmir, 20 saylı Nərimanov ikinci, 12 saylı Qaradağ-Binəqədi-Yasamal seçki dairələri üzrə şikayətlərin də müddəti ötdüyü üçün geri qaytarılmalı olduğunu vurğulayıb.

MSK sədri Məzahir Pənahov bildirib ki, MSK-nın vaxtı ötmüş şikayətlərə baxmaq səlahiyəti yoxdur.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
280 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...