“Prezidentin Paşinyanla yanaşı oturması onun üçün əziyyətdir”

“Prezidentin Paşinyanla yanaşı oturması onun üçün əziyyətdir”
“Cənab Prezidentin Paşinyanla yanaşı oturması onun üçün əziyyətdir”.

Bu sözləri “Qafqazinfo”ya açıqlamasında Yeni Azərbaycan Partiyası icra katibinin müavini, 5 saylı Şahbuz-Babək seçki dairəsinin lider namizədi Siyavuş Novruzov Prezident İlham Əliyev və Ermənistanın Baş Naziri Nikol Paşinyanın iştirakı ilə keçirilən panel müzakirəsini şərh edərkən deyib.

Yaxın keçmişi xatırlayan S. Novruzov debatı Azərbaycanın ümummilli lideri Heydər Əliyevlə Robert Köçəryanın görüşünə bənzədib:

“Budəfəki debatı da başdan sona kimi izlədim. Bu vaxt yadıma bir şey düşdü. Ümummilli lider Heydər Əliyev o vaxt Köçəryanla görüşündən sonra bizə “Köçəryanla üzbəüz oturmaq insan kimi mənə əziyyətdir”- sözlərini demişdi. Mən budəfəki görüşdə də gördüm ki, Prezidentin Paşinyanla yanaşı oturması onun üçün əziyyət idi. Bu bir cümlə ilə bütün vəziyyəti izah etmək olar. Gör, kim kimlə yanaşı oturub?

Prezident görünüşü, dünyagörüşü, danışığı ilə Paşinyanı əzirdi. Tarixi hələ bir kənara qoyuram, ingilis dilinin qrammatikasını bilənlər gördü ki, Baş Nazir nitqində nə qədər səhvlərə yol verdi. İlham Əliyev dünyanın öndə gedən siyasətçiləri ilə yanaşı oturmuş və onlarla diskussiya etməyə layiq biridir.

Biz qonşu dövlətlərik. Prezident ermənilərə çox yaxşı mesajlar verdi. Başa düşsələr, gələcəklərini müəyyən edəcəklər, düşməsələr, gələcəkləri çox acınacaqlı olacaq”.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
277 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...