İmamverdi İsmayılovun lider olduğu dairənin nəticəsi ləğv olundu?

İmamverdi İsmayılovun lider olduğu dairənin nəticəsi ləğv olundu?

Mərkəzi Seçki Komissiyasının (MSK) bu gün keçirilən iclasında 125 saylı seçki dairəsi Zəngilan Qubadlı seçki dairəsindən qeydə alınmış deputatlığa namizədlərin şikayətinə baxılıb.

Modern.az xəbər verir ki, müraciət barədə məlumatı MSK üzvü Tofiq Həsənov səsləndirib.

O, qeyd edib ki, deputatlığa namizədlər Faiq Kərimov və Nazim Azadoğlu seçki məntəqələrindəki qanun pozuntularından şikayətçidir.

MSK üzvü müraciətin araşdırıldığını və 10, 32, 37, 38, 40 və 55 saylı seçki məntəqələrində qeydə alınmış və sosial şəbəkələrdə yerləşdirilən görüntülərdə pozuntuların qeydə alındığını deyib.

T. Həsənov araşdırmaların nəticəsində 1, 10, 13, 32, 36, 37, 38, 39, 40, 55, 59 saylı seçki məntəqələrində nəticələrin ləğvini təklif edib.

MSK-nın ekspert qrupunun rəyi əsasında şikayətçilərin müraciəti qismən təmin edilib. Yuxarıda səsləndirilən məntəqələr üzrə nəticələr ləğv edilib.

Xatırladaq ki, 11 məntəqənin ləğvi həmin dairə üzrə nəticələrin tamamilə ləğv edilməsi üçün tələb olunan 2/5 nisbətini ödəmir.

Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
70 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...