Avtovağzalın mülkiyyətçisi dəyişdi

Avtovağzalın mülkiyyətçisi dəyişdi

Bakı Beynəlxalq Avtovağzal Kompleksinin mülkiyyətçisi dəyişib.

"Yeni Sabah" xəbər verir ki, "Bakı XXI Əsr" MMC-nin direktoru vəzifəsinə Səidə Baxşıyeva təyin edilib, o bu vəzifədə İsmayıl Əliyevi dəyişib. Bu barədə Azərbaycanın kommersiya təşkilatları reyestrində deyilir.

Bakı Avtovağzal Kompleksi 2004-2009-cu illərdə tikilib və KİV-in məlumatına görə tikinti işlərinə 80-100 mln. dollar yatırılıb.

"Bakı XXI Əsr" MMC keçmiş nəqliyyat naziri Ziya Məmmədovun qardaşı Elton Məmmədova məxsusdur.

Avtovağzal kompleksinə həmçinin otel, ticarət mərkəzi, yanacaq doldurma kompleksi, ictimai iaşə obyektləri və digər kommersiya obyektləri daxil idi. 2019-cu ildə "Bakı XXI Əsr" MMC-ə dəyişiklik edilib, nəticədə yeni "Krosvey" MMC yaradılıb (şirkətin istifadəsində avtovağzal ərazisində eyni adlı mehmanxana var). "Krosvey" MMC-nin direktoru Cümşüd Bağırovdur. O həmçinin avtobus sərnişin daşınması ilə məşğul olan "Azerbaijan Ground Services" şirkətinə rəhbərlik edir.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
288 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...