Korona tur-şirkətləri “qorxutmur”: paketlər...

Korona tur-şirkətləri “qorxutmur”:

Dünyada koronavirus pandemiyasının yayılmasına və sərhədlərin bağlanmasına baxmayaraq, Azərbaycanda bəzi turizm şirkətləri yay aylarına nəzərdə tutduqları tətil paketlərini satmağa davam edirlər.

Axar.az xəbər verir ki, Bakıdakı turizm şirkətlərindən biri mayın 20-dən etibarən Türkiyənin Antalya şəhərinə getmək istəyənlər üçün bir həftəlik istirahət paketi təqdim edib. Bu paketin qiyməti 342 dollardan başlayır.

Bodrumda istirahət üçün hazırlanmış tur-paket isə iyunun 15-dən start götürür və qiyməti 382 dollardır.

Türkiyənin məşhur Quş adası bölgəsinə səfər iyunun 10-dan başlayır. Paketin qiyməti 414 dollardır.

Məlumat üçün qeyd edək ki, hazırda turizm şirkətlərindən tətil paketi alanlar azlıq təşkil edir. Hətta qış mövsümündə yay üçün endirimli paketlər alanların böyük bir qismi biletləri qaytarıblar.

Qeyd edək ki, koronavirus təhlükəsi ilə əlaqədar Azərbaycan-Türkiyə sərhədləri bağlanıb, uçuşlar dayandırılıb.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
277 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...