Yeni doğulan körpədə koronavirus aşkarlandı

Yeni doğulan körpədə koronavirus aşkarlandı

İranın Məşhəd şəhərində yenicə doğulmuş körpəyə COVID-19 diaqnozu qoyulub.

“Report” “Mehr”ə istinadən xəbər verir ki, bu barədə Məşhəd Tibb Elmləri Universitetinin əməkdaşı, həkim Əhməd Şah Fərhad açıqlama verib.

“Koronavirusa yoluxmaqda şübhəli bilinən bir ananın dünyaya gətirdiyi körpənin testi pozitiv çıxıb. Körpə 900 qram çəkidə doğulub. Uşaq ilk 24 saatda nəfəs çatışmazlığından əziyyət çəksə də, hazırda xüsusi dəstək olmadan nəfəs ala bilir”, - o bildirib.

Qeyd edək ki, İranda koronavirusa ilk yoluxma faktı fevralın 19-da Qum şəhərində qeydə alınıb. Ölkədə indiyədək 44 606 nəfərə koronavirus diaqnozu qoyulub. Pandemiya qurbanlarının rəsmi sayı 2 898 nəfərdir.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
406 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...