Sürücülərə cərimə bu cür tərtib edilir: DYP-dən açıqlama

Sürücülərə cərimə bu cür tərtib edilir:
Bir neçə gündür Dövlət Yol Polisi İdarəsinin sürücülərə etdiyi müraciətlərə baxmayaraq hələ də lüzumsuz olaraq avtomobillərin yollarda hərəkət etməsinin şahidi oluruq. Verilən qərara baxmayaraq avtomobillərin sayının azalması o qədər də müşahidə olunmur. Bunu nəzərə alaraq Daxili İşlər Nazirliyinin rəis müavini bu gün açıqlama verərək bildirib ki, vətəndaşlar evdən çıxmamışdan əvvəl yeni yaradılacaq nömrəyə sms və ya zəng edib çölə çıxmaqlarının səbəbi izah edəcək. Bu halda onların evdən çölə çıxmalarına icazə veriləcək.

Bu gün sosial şəbəkələrdə yayılan fotogörüntülərdən məlum olur ki, yol polisi bir çox sürücüyə karantin rejimini pozduğuna görə İnzibati Xətalar Məcəlləsinin 211-ci maddəsinin (epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və karantin rejimlərinin) pozulmasına görə 100 manat məbləğində cərimə edib.

Sosial şəbəkələrdə bu protokolların xüsusi texniki vasitə ilə tərtib olunduğu qeyd olunub.
Sürücülərə cərimə bu cür tərtib edilir:

Baş Dövlət Yol Polisi İdarəsinin şöbə rəisi polis polkovniki Kamran Əliyev Avtosfer.az-a açıqlamasında bildirib ki, "xüsusi texniki vasitə ilə qərarların tərtib edilməsi ilə bağlı heç bir göstəriş yoxdur. Elektron şəkildə protokol tərtib edilə bilməz. Karantin qaydalarını pozan sürücüləri yalnız polis əməkdaşları saxlayıb sorğu-sual etdikdən sonra əgər müəyyən olunarsa ki, əsassız yerə küçədədir, o zaman cərimə yazıla bilər. İnzibati Xətalar Məcəlləsinin 211-ci maddəsi ilə heç bir halda elektron şəkildə cərimə yazıla bilməz".

Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
223 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...