Neft daha da bahalaşıb

Neft daha da bahalaşıb

Brent neftinin qiyməti 14% də yüksələrək 34,65 dollara çatıb. Son 2 gündə neftin bahalaşması 46%-ə çatıb. Marja xəbər verir ki, ABŞ xam nefti həftəni 28.94 dollardan bağlayıb. ABŞ Prezidenti Donald Tramp, Səudiyyə Ərəbistanı, Rusiya və Azərbaycanın açıqlamaları neft qiymətlərinin yüksəlməsinə səbəb olub.

ABŞ Prezidenti Donald Tramp, Cümə axşamı günü Səudiyyə Ərəbistanı Vəliəhd Şahzadəsi Məhəmməd bin Salman ilə telefon danışığının ardından, Səudiyyə Ərəbistanı və Rusiyanın neft istehsalını təxminən 10 milyon barel azaldacaqlarını gözlədiyini bildirib.

Səudiyyə Ərəbistanının dövlət mediasına görə, Səudiyyə Ərəbistanı Neft İxrac edən Ölkələr Təşkilatını (OPEC) və təşkilata üzv olmayab ölkələri "təcili yığıncağa" çağırıb.

Azərbaycanın Energetika Nazrliyinin yaydığı məlumata görə, Aprelin 6-da videokonfrans formatında OPEC və qeyri-OPEC ölkələri nazirlərinin görüşü keçiriləcək.

Mövzu haqqında məlumata malik 5 mənbəyə görə, Rusiyanın neft sənayesi, qiymətlərdəki kəskin enişi dayandırmaq üçün Səudiyyə Ərəbistanı və digər böyük istehsalçı ölkələr ilə hasilatın azaldılması mövzusunda razılaşmaya hazırdır.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
320 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...