Nəqliyyat sektoruna 280 milyon manatlıq yardım edildi

Nəqliyyat sektoruna 280 milyon manatlıq yardım edildi

Bu ilin aprel ayında Azərbaycanda pandemiyadan zərər çəkmiş sahələrdə fəaliyyət göstərən sahibkarlıq subyektlərinə (o cümlədən kiçik və orta sahibkarlığa) veriləcək 500 milyon manat məbləğində bank kreditləri üzrə dövlət zəmanətinin verilməsi və kredit faizlərinin subsidiyalaşdırılması üçün İpoteka və Kredit Zəmanət Fonduna (İKZF) əlavə 20 milyon manat ayrılacaq.

"Report" xəbər verir ki, bu, Nazirlər Kabinetinin təsdiq etdiyi, “Koronavirus (COVID-19) pandemiyasının və bundan irəli gələrək dünya enerji və səhm bazarlarında baş verən kəskin dalğalanmaların iqtisadiyyata, makroiqtisadi sabitliyə, məşğulluq məsələlərinə və sahibkarlıq subyektlərinə mənfi təsirinin azaldılması ilə bağlı bir sıra tədbirlər haqqında” ölkə prezidentinin 19 mart 2020-ci il 19 mart tarixli sərəncamının icrası ilə bağlı Tədbirlər Planında öz əksini tapıb.

Bundan başqa, güzəştli ipoteka kreditlərinin verilməsi üçün by ay İKZF-yə əlavə 90 milyon manatın ayrılması nəzərdə tutulub.

Bundan başqa, aprel-may aylarında İqtisadiyyat Nazirliyi yanında Sahibkarlığın İnkişafı Fonduna əlavə 50 milyon manat, il ərzində həyati vacib sərnişindaşıma sahəsinə maliyyə dəstəyinin verilməsi üçün isə 280 milyon manat ayrılacaq.

Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
61 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...