Xaçmazda 35 yaşlı kişi özünü yandırdı

Xaçmazda 35 yaşlı kişi özünü yandırdı

Xaçmaz rayonunda 35 yaşlı kişi üzərinə benzin tökülərək yandırılıb.

Gundeminfo.az APA-ya istinadən xəbər verir ki, Xaçmaz rayonu, Uzunoba kənd sakini 1974-cü il təvəllüdlü Kərimov Vüsal Ağarəhim oğlu aralarında yaranmış münaqişə zəminində Xaçmaz rayonunun Qusarçay kənd sakini, 1985-ci il təvəllüdlü Yusifov Nəriman İbrahimşah oğlunun üzərinə benzin tökərək yandırıb. Ağır yanıq xəsarətləri alan N. Yusifov Bakıda yerləşən tibb müəssisələrindən birinə aparılıb.

Hadisəni törətməkdə şübhəli bilinən şəxs hüquq-mühafizə orqanları tərəfindən saxlanılaraq istintaqa təhvil verilib.

Faktla bağlı araşdırmalar davam etdirilir.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
391 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...