Bakı sakinlərinə xəbərdarlığın səbəbi bilindi - FOTO

Bakı sakinlərinə xəbərdarlığın səbəbi bilindi -

Bu gün səhər saatlarından etibarən paytaxtın park və uşaq meydançaları, Nizami küçəsində gücləndirilmiş dezinfeksiya işləri həyata keçirilib.

Bu barədə Oxu.Az-a paytaxtın kommunal strukturlarından məlumat verilib.

COVID-19 pandemiyasının Azərbaycanda yayılmaması məqsədilə ölkə ərazisində mütəmadi olaraq dezinfeksiya işləri həyata keçirilir.

Bura parklar, uşaq meydançaları, inzibati binalarla yanaşı, insanların sıx toplaşdığı ərazilər də daxildir. Bu ərazilərdə oturacaqlar, səkilər dezinfeksiya edilir.

İstifadə edilən maddələrin qəbul olunmuş müəyyən toksikliyini nəzərə alaraq, paytaxt sakinlərinə ciddi zərurət yaranmadığı təqdirdə bu gün küçəyə çıxmamaları xəbərdarlıq edilir.

Qeyd edək ki, Ümumdünya Səhiyyə Təşkilatı və Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) virusun yayılmaması üçün hər kəsə zərurət olmadığı halda evdən çölə çıxmamağı tövsiyə edir. Əhaliyə evlərini tərk etməmək və kütləvi yerlərdə toplaşmamaq tövsiyə olunur.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
367 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...