Bakıdan təyyarə biletləri satışa çıxarıldı

Bakıdan təyyarə biletləri satışa çıxarıldı

Macarıstanın “Wizzair” aviaşirkəti Bakıdan uçuşları elan edib.

“Qafqazinfo”nun verdiyi xəbərə görə, artıq şirkətin saytında biletlər satışa çıxarılıb. Hazırda təqdim olunan biletlər arasında ilk uçuş iyunun 19-na təyin olunub. Daha sonra isə iyunun 22-si, 26-sı və 29-na biletlər təklif olunur. İlk uçuş üçün biletin qiyməti 100 avrodan başlayır. Lakin 29 iyun tarixinə biletlər 50 avrodan satışa çıxarılıb.

Artıq Macarıstan iyunun 15-dən sonra Azərbaycanla sərhədlərini açır və gediş-gəlişə start verir.

Budapeştdən Bakıya ilk uçuş iyunun 18-də baş tutacaq. Bu reys ilə biletin qiyməti 120 avrodan başlayır. İyunun 21-i, 25-i və 28-dəki uçuşlar üçün biletlər 100 avrodan təqdim olunur.


Bakıdan təyyarə biletləri satışa çıxarıldı



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
310 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...