Ölkədə koronavirusa yoluxma sayının artmasının səbəbi nədir?

Ölkədə koronavirusa yoluxma sayının artmasının səbəbi nədir?

Ölkədə sərtləşdirilmiş karantin rejimi vaxtı koronavirusa yoluxma sayı kifayət qədər nəzarətdə saxlanılırdısa, yumşaldılmadan sonra əhali arasında məsələyə laqeyd yanaşma müşahidə olunub.

İnsanlar sanki virusun bir anda yox olduğunu düşünüb, ictimai yerlərdə maskasız gəzməyə başlayıb. Zərurət olmadan küçəyə çıxan şəxslər, sosial məsafəni saxlamayan insanlar nəinki özlərini, eləcə də digərlərinin həyatını riskə atmış oldular. Nəticədə vəziyyət mənfiyə doğru getdi və gündəlik yoluxma sayı 500-600 arasında dəyişir.

Hər birimiz ilk növbədə özlərinin və ailə üzvlərinin həyatlarını risk altında qoyaraq, koronavirusla mübarizə aparan qəhrəman həkimlərin əməyi qarşısında özümüzə sual verməliyik.Pandemiya ilə mübarizədə mən nə etmişəm?

Bu sualın cavabı qaydalara və tələblərə düzgün əməl etməkdən keçir. Tələblər isə çox sadədir, əziyyət və xərc də tələb etmir - karantin rejiminə əməl etmək, sosial məsafəni gözləmək və dezinfeksiyaedici vasitələrdən istifadə etmək, yoluxmamaq və nəhayət yoluxdurmamaq.


Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
486 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...