Tibbi maska sentyabrın 1-dək gömrük rüsumundan azad edilib

Tibbi maska sentyabrın 1-dək gömrük rüsumundan azad edilib

Azərbaycana xaricdən idxal olunan baxillər, steril və qeyri-steril əlcəklər və tibbi (cərrahiyyə əməliyyatı və ya prosedur üçün) maskalar və respiratorların gömrük rüsumundan azad olunması müddəti artırılıb.

“Qafqazinfo” xəbər verir ki, Baş Nazir Əli Əsədov “Azərbaycan Respublikasının xarici iqtisadi fəaliyyətin mal nomenklaturası, idxal gömrük rüsumlarının dərəcələri və ixrac gömrük rüsumlarının dərəcələri”ndə dəyişiklik edilməsi barədə” Nazirlər Kabinetinin 2020-ci il 5 mart tarixli 84 nömrəli Qərarında dəyişiklik edib.

Dəyişikliyə əsəsən, qərarın 2-ci hissəsində “iyulun 1-dək” sözləri “sentyabrın 1-dək” sözləri ilə əvəz edilib.

Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
228 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...