Qəbələdəki yanğına görə 2 helikopter qaldırıldı

Qəbələdəki yanğına görə 2 helikopter qaldırıldı
Qəbələ rayonunun Tikanlı kəndi yaxınlığında çətin keçilən dağlıq ərazidə yanğın baş verib.

“Gundeminfo” xəbər verir ki, Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri, Aviasiya dəstəsinin 2 ədəd helikopteri, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Meşə təsərrüfatı idarəsinin əməkdaşları yanğınsöndürmə işlərinə cəlb edilib.

Hazırda yanğının söndürülməsi üçün təcili və təxirəsalınmaz tədbirlər həyata keçirilir.

Əlavə məlumat veriləcək.

Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
80 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...