Koronavirusdan sağalan insanlar yenidən yoluxa bilərlər - RƏSMİ

Koronavirusdan sağalan insanlar yenidən yoluxa bilərlər -
Koronavirusdan sağalan insanlar da yenidən bu virusa yoluxa bilərlər, ona görə onlar da tibbi maskalardan istifadə etməlidirlər.

Bunu Modern.az-a COVİD-19-la mübarizədə yaranan problemlərin aradan qaldırılması üçün Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinə yardım etmək üçün Səhiyyə Nazirliyi tərəfindən yaradılmış işçi qrupunun üzvü Nabil Seyidov deyib.

Onun sözlərinə görə, COVİD-19-a yoluxan şəxslərin bu virusa yenidən yoluxmayacaqları ilə bağlı elmi sübut yoxdur: “Orqanizmdə koronavirusa görə immunitetin nə qədər müddətə davam etdiyi bilinmir. Bəziləri deyir ki, bu immunitet 2-3 həftə, bəziləri deyir ki, 2-3 ay davam edir. Bu müddətin nə qədər olduğu dəqiq bilinmədiyi üçün COVİD-19-a yoluxan şəxs bu virusa yenidən yoluxa bilər”.

N.Seyidov qeyd edib ki, COVİD-19-a növbəti dəfə yoluxanların bu xəstəliyi yüngül və ya ağır keçirməsi barədə də məlumatlar yoxdur:
”İstər bir dəfə, istərsə 2 dəfə yoluxmadan və ya ümumiyyətlə yoluxub-yoluxmamasından asılı olmayaraq, hamı eyni qaydalara riayət etməlidir. Çünki sübutlar var ki, yoluxanların 10 faizi COVİD-19-a yenidən yoluxa bilir”.

İşçi qrupun üzvü bildirib ki, COVİD-19-u yüngül və simptomsuz keçirən pasiyentlər tam sağaldıqdan sonra belə virus onların yuxarı tənəffüs orqanlarında 1-2 həftə qala bilir.

Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
87 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...