“...Qarabağı işğaldan azad edə bilərik” - Aqil Abbas yolu göstərdi

Prezident Ermənistanın baş nazirinin “Qarabağ Ermənistandır” iddiasının əslində, Minsk qrupunun formalaşdırdığı danışıqların mahiyyətini alt-üst etdiyini, əhəmiyyətsizləşdirdiyini vurğulayıb. ATƏT Minsk Qrupunun bu ifadəyə səssiz qalması isə haqsızlıqdır.
Sözügedən qurumun Dağlıq Qarabağ münaqişəsi ilə bağlı konkret münasibətini “Sherg.az”a şərh edən yazıçı, millət vəkili Aqil Abbasın fikrincə, biz ATƏT-lə münasibətlərimizə son qoymalıyıq:
“Dövlət başçımız dəfələrlə bu mövzuya toxunub və ATƏT-in yarıtmaz vəziyyətindən söz açıb. Belə davam etsə, biz bu təsisatla münasibətlərimizi kəsəcəyik. Ümumiyyətlə, ancaq ATƏT-dən canımızı qurtardığımız təqdirdə, Qarabağı işğaldan azad edə bilərik”.
A.Abbas dövlət başçısının uğurlu siyasətindən də söz açıb: “Cənab prezidentin bu müsahibəsi həm də hesabat idi. O, baş verənlər və gələcək planlar haqqında xalqa hesabat verdi. Mən hazırda Qarabağdayam. Seçicilərimlə görüşə gəlmişəm. Burada hamı Prezidentin siyasətini dəstəkləyir”.
423 dəfə oxundu