"Məxfiliyi qoruyuruq" - Nazir müavini

"Məxfiliyi qoruyuruq" -
Əmək və Əhalinin Sosial Müdafiəsi nazirinin müavini Anar Əliyev Milli Məclis Sədrinin I müavini Əli Hüseynlinin sualını cavablandırıb.

“Report”un xəbərinə görə, Ə.Hüseynli “Məşğulluq haqqında” qanuna dəyişiklik layihəsinin müzakirəsi zamanı deyib ki, layihədə hüquq-mühafizə orqanlarında və güc strukturlarında hərbi rütbə daşıyan şəxslərlə bağlı məlumatların yerləşdirilməsi “Dövlət sirri haqqında” və “Əməliyyat-axtarış tədbirləri haqqında” qanuna müvafiq olmalıdır.

“Əslində, belə bir müddəa 4-cü maddədə işçi qaydasında təklif olunmuşdu. Bəlkə bunun başqa formasını tapmısınız?",- o əlavə edib.

Əmək və Əhalinin Sosial Müdafiəsi nazirinin müavini Anar Əliyev isə bildirib ki, hansı hissədə məlumatlar tam məxfidirsə, bu məlumatlar tam məxfi şəkildə verilir: “Qanunun hazırki mətninin 4.4.7-ci bəndinə əsasən, xüsusi rütbəli qurumların əməkdaşları ilə bağlı kağız daşıyıcılarla bağlı nazirliyə məlumatlar verilməlidir. Bu xüsusi adamların müəyyən olunmasını tələb edir. Bu məlumatlar dövrü olaraq dəyişir. Bunun kağız üzərindən həyata keçirilməsi mümkün görünmür. Qanuna ona görə də “Dövlət sirri haqqında” qanuna və digər qanunlara istinad verilib. Bizim təklifin mahiyyəti ondan ibarətdir ki, həmin xüsusi rütbəli qurumlar öz işçiləri ilə bağlı məlumatları tam elektron şəkildə göndərirlər. Bütün tələblər qorunur. Bütün məlumatlar təhlükəsiz qaydalarına uyğun olaraq elektron kanallar üzərindən həyata keçirilir. Eyni qaydanı yeni təklif etdiyimiz müddəalarda da nəzərə alırıq. “Dövlət sirri haqqında” qanunun tələblərinin qorunması nazirlik tərəfindən təmin olunur”.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
355 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...