Bu il Məhərrəmlik mərasimləri keçiriləcəkmi?

Bu il Məhərrəmlik mərasimləri keçiriləcəkmi?

Gələn həftə, avqustun 21-də Məhərrəm ayı başlayır.

“Report” xatırladır ki, Məhərrəm ayının başlamasından 10 gün sonra, yəni avqustun 30-u Aşura günüdür.

Hər il Aşura günü müsəlmanlar məscidlərə gedərək bəzi dini ayinləri yerinə yetirir və qanvermə aksiyalarında iştirak edir.

Lakin bu il bütün dünyada, eləcə də Azərbaycanda koronavirus pandemiyası davam edir və bu səbəbdən Nazirlər Kabineti yanında Operativ Qərargahın qərarı ilə ölkədə fəaliyyət göstərən məscidlər bağlanıb, kütləvi tədbirlərin keçirilməsi qadağan edilib.

Maraqlıdır, belə bir durumda bu il üçün Məhərrəmlik mərasimləri keçiriləcəkmi?

Bu gündən etibarən sərt karantin rejimi ilə bağlı bəzi yumşalmalar edilsə də, məscidlərin açılması gündəm mövzusu olmadı. Hətta Azərbaycan Prezidentinin köməkçisi – Prezident Administrasiyasının İqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri Şahmar Mövsümov Qərargahın brifinqində çıxışı zamanı məscidlərin açılması məsələsinin hələlik müzakirə olunmadığını deyib: “Bu il xüsusi ildir. Əsas məsələ insanların sağlamlığının qorunmasıdır. Ona görə də məscidlərin açılmasına hələ gedə bilmərik”.

Qafqaz Müsəlmanları İdarəsinin sədr müavini Fuad Nurullayev isə “Report”a açıqlamasında bildirib ki, Məhərrəmlik mərasimlərinin hansısa formada keçirilib-kiçirilməməsi məsələsi hələ müzakirə olunur:

“Müzakirələrin yekununda videokonfrans formatında görüş keçiriləcək və qərar qəbul edilərək ictimaiyyətə açıqlanacaq”.

Xatırladaq ki, bu il COVID-19-a görə məscidlər açıq olmadığından iyulun 31-də Qurban bayramı namazı məscidlərdə qılınmadı.

Məlumat üçün bildirək ki, sentyabrın 19-da başlayacaq Səfər ayı oktyabrın 19-da başa çatacaq.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
470 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...